Əzizov qol vurdu, komandası qalib gəldi

10:41 1 Aprel 2017

Hollandiya Jupiler Liqasında 32-ci turun oyunları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" səfərdə "Eydhoven"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Ziya Əzizov oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Həmyerlimiz 67-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

 
Qeyd edək ki, 32 oyundan sonra hesabında 38 xal olan "Den Boş" 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti