“Cavadovun gözünün altına elə zərbə vurdum ki...” - AÇIQLAMA

15:01 1 Aprel 2017

Minsk "Dinamo"sunun sabiq futbolçusu Yuri Truxan “Neftçi”ylə oyunları yada salıb.

 

Sportarena.az xəbər verir ki, minsklilərin heyətində SSRİ çempionatının qalibi, gümüş medalçısı olmuş keçmiş mərkəz müdafiəçisi “Neftçi”ylə qarşılaşmada rəqibi olmuş İsgəndər Cavadovu xatırlayıb:

 

“Neftçi”də belə hücumçu var idi - İsgəndər Cavadov. İnadkar oğlan idi. Yadımdadı, Bakıda oynayırdıq. Qapıçımız topu artıq “bağlamışdı”, ancaq Cavadov ona bilərəkdən butsusu ilə zərbə vurdu. Bunu diqqətdən kənarda qoymaq olmazdı. Bu, mənim xarakterimdə deyil. Hakimin görmədiyi andan istifadə edərək, Cavadova elə zərbə vurdum ki, bunu uzun müddət yadda saxlayacaq. O, oyunu gözünün altı qaralmış şəkildə bitirdi.

Düzdü, sonradan videoyazıya baxaraq məni Moskvaya çağırdılar və Nizam-İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırdılar. Qoy, belə olsun, ancaq rəqibin meydanda belə hərəkətinin qarşısında geri çəkilmək olmaz. Əks halda, sənə hörmət etməyəcəklər”.


Digər xəbərlər

Xəbər xətti