PFL ən yaxşı qolu seçir - VİDEO

17:18 1 Aprel 2017

Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Qurum artıq 5-ci dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

 

Sportarena.az xəbər verir ki, I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və PFL tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu PFL-nin rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik  olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi PFL-ə məxsusdu. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan mart ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib.  

 

Qeyd edək ki, PFlL-nin rəsmi saytındad sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib mart ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçimi etmək olar. Sorğu aprelin 6-dək qüvvədə olacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti