"Kəpəz" "Qarabağ"la oyunu itkilərlə çıxacaq

11:03 2 Aprel 2017

Azərbaycan Premyer Liqanın 24-cü turunda səfərdə “Qarabağ” ilə üz-üzə gələcək “Kəpəz” oyunun hazırlıqlarını tamamlayıb.

 

Sportarena.az xəbər verir ki, komanda dünən son məşqinə çıxıb. Hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olub. Məşq təxminən 50 dəqiqə davam edib.

 

“Sarı-göylər”in heyətində zədəli olmasa da, itki var. Ağdam klubuna qarşı görüşdə cəzalılar - Nicat Qurbanov və Şəhriyar Rəhimov iştirak edə bilməyəcək.


Xəbər xətti