Emin Mahmudov oynadı, amma...

12:51 2 Aprel 2017

Milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov “Boavişta”nın heyətində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Portuqaliya çempionatının 27-ci turu çərçivəsində həmyerlimizin komandası “Rio Ave”yə doğma “divarlar arası”nda 0:1 hesabı ilə məğlub olub. Emin 84-cü dəqiqədə komandası məğlub durumda olarkən meydana daxil olub.

 

Millimizin digər üzvü Kamran Ağayevin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Boavişta” 34 xalla 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti