Əfranın yubileyi

14:34 3 Aprel 2017

Azərbaycan Premyer Liqasının 24-cü turu “Qarabağ”da yubileylə əlamətdar olub.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət klubunun heyətində 200-cü matçını keçirib. Bu, “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 2:1 hesablı qələbəyə sevindiyi matçda 90 dəqiqə forma geyinib. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.

 

İsmayılov Ağdam təmsilçisində 2006/07 mövsümündə debüt edib. O, indiki komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib.


Xəbər xətti