AFFA-dan "Şərurspor" növbəti ağır zərbə

13:14 4 Aprel 2017

"Şərurspor"un 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. 

 

Sportarena.az xəbər verir ki, bu qərarı AFFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib. Belə ki, "Şərurspor" martın 29-da "Zirə" ilə səfər matçına yollanmayıb. İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət də verib. 



Bir müddət öncə "Şərurspor"un əsas komandası danışılmış oyunlarda iştirak etdiyi üçün 1-ci diviziondan kənarlaşdırılmışdı.


Xəbər xətti