"Bundan sonra belə şeylərə yol verməyəcəm" - "Kəpəz"in futbolçusu - AÇIQLAMA

16:58 6 Aprel 2017

“Bir ay demək olar ki, Premyer Liqada futbol oynamadım. Bu da oyunçu üçün böyük cəzadır. Səhvimi də başa düşürəm. Səhvim vardı, bunu danmıram. Bundan sonra belə şeylərə yol verməyəcəm".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in futbolçusu Nicat Qurbanov klubunun rəsmi saytına açıqlamasında bildirib. Əsas heyət üzvü olan yarımmüdafiəçinin "Qəbələ" ilə 20-ci turda 1:1 hesabı lə nəticələnən ev matçında dörd oyunluq cəzası artıq başa çatıb. Komandanı azlıqda qoyan futbolçu uzun müddətdir meydanda görünmür və hərəkətinə görə peşmandı:

 

"Cəzalandığıma görə dörd  oyunda iştirak etmədim və bununla da komandaya yardımçı ola bilmədim. Özüm də futbolsuz qaldım. Bundan sonra “Kəpəz” üçün daha yaxşı nədirsə, onu etməyə çalışacam. Futbol oynamasam da, məşqlərə öz qaydasında davam etmişəm. Formada qalmaq üçün iki matç əvəzedici heyətdə oynamışam. Baş məşqçimiz Şahin Diniyev şans versə, qarşıdakı turda komandaya oynamaqla kömək etmək istəyirəm”. 


Xəbər xətti