"Bavariya"da şok itki

17:14 6 Aprel 2017

“Bavariya”nın hücumçusu Robert Levandovski komandasının bugünkü məşqini yarımçıq tərk edib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb polşalı hücumçunun bud nahiyəsindən zədə alması olub. Ehtimal edilir ki, təcrübəli futbolçu bundesliqada “Borussiya” (8 aprel) və Çempionlar Liqasının 1/4 finalında “Real”a (12 aprel) qarşı matçlarda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Levandovski bu movsüm bundesliqada 24, Çempionlar Liqasında isə 7 qol vurub.


Xəbər xətti