Olimpiya mükafatçılarımız beşlikdə

13:15 7 Aprel 2017

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
 
 
Sportarena.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında Azərbaycanın 9 təmsilçisinin adı var. Onlardan 2-si ilk beşlikdə qərarlaşıb. Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub.
 
 
48 kq
2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)
 
 
53 kq 
4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
15. Anjela Doroqan - Ukrayna beyn. turniri 3-cü yer (nr)
18. Leyla Qurbanova - U-23 Avropa çempionatı 2-ci yer (nr)
 
 
55 kq 
17. Alyona Kolesnik - U-23 Avropa Çempionatı 3-cü yer @58 kq (20)
 
 
58 kq
15. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (11)
 
 
60 kq 
11. Tatyana Omelçenko - Ukrayna beyn. turniri 1-ci yer (14)
 
 
63 kq 
20. Elmira Qəmbərova - Ukrayna beyn. turniri 2-ci yer (nr)
 
 
69 kq 
12. Elis Manolova - Yarıgin beyn. turniri 3-cü yer (11)
 
 
 
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Digər xəbərlər

Xəbər xətti