PSJ qazandığı mükafatı rəqibinə bağışladı

14:58 7 Aprel 2017

PSJ Fransa Kubokunun 1/4 final mərhələsində 4:0 məğlub etdiyi "Avranches" klubuna jest edib.
 
 
Sportarena.az xəbər verir ki, parislilər aldığı 200 min avro mükafatı 3-cü divizionda mübarizə aparan klubun hesabına köçürüblər. "Avranches" prezidenti Jilber Qeran qarşı tərəfin bu jestindən məmnun olduğunu qeyd edib.
 
 
Qeyd edək ki, görüş Paris klubunun 4:0 hesablı qələbəsi ilə nəticələnib.


Digər xəbərlər

Xəbər xətti