"Qarabağ" - "Qəbələ" oyununu kim idarə edəcək?

18:23 7 Aprel 2017

Azərbaycan Premyer Liqasında 25-ci turun hakim təyinatları açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, turun mərkəzi görüşü olan "Qarabağ" - "Qəbələ" oyunu sabiq FİFA referisi Fariz Yusifova tapşırlıb. Digər təyinatlar aşağıdakı kimidir: 

 

Azərbaycan Premyer Liqası, 25-ci tur

9 aprel (bazar)

“Kəpəz” - “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu, 16:00

 

“Qarabağ” - “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu, 20:30

 

10 aprel (bazar ertəsi)

“Zirə” - “İnter”
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu, 15:00

 

AZAL - “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
“AZAL Arena”, 17:30


Xəbər xətti