"Adanaspor" yenə Reynaldosuz qaldı

16:55 8 Aprel 2017

"Adanaspor” yenidən Reynaldo Silvanın xidmətindən məhrum olub.


Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu qripə yoluxub. Son məşqə qatılmayan 28 yaşlı futbolçunun sabah “Rizəspor”la keçiriləcək oyunda iştirak etməyəcək.

 

Qeyd edək ki, qış transfer pəncərəsi zamanı "Qarabağ"dan transfer edilən Reynaldo zədə səbəbindən son üç görüşdə də meydana çıxmayıb. Bundan əlavə o, sadəcə 5 matçda meydana çıxıb və fərqlənə bilməyib.


Xəbər xətti