Emin izləyici qismində, Kamran yenə...

12:19 9 Aprel 2017

Portuqaliya Premyer Liqasında XXVIII turun oyunları davam edir.
 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvləri Emin Mahmudov və Kamran Ağayevin çıxış etdiyi “Boavişta” səfərdə “Sportinq”lə qarşılaşıb. Kamranın adı həmişəki kimi matçın iştirak ərizəsinə salınmayıb. Emin isə sonadək görüşü ehtiyalı oyunçular skamyasından izləyib. Qarşılaşma həmyerlilərimizin komandasının 0:4 hesablı məğlubiyyəti ilə tamamlanıb. 


Qeyd edək ki, “Boavişta”  34 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti