"Real"ın yeni transfer hədəfi - Qrizmann

14:58 9 Aprel 2017

"Real" "Atletiko"nun Anton Qrizmannı heyətinə qatmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, İspaniya və Fransa mətbuatında bu barədə məlumatlar yayılmağa başlayıb. İddia edilir ki, "Real" dünən Madrid derbisində qapısına qol vuran fransız ulduz üçün təklif göndərməyə hazırlaşır. "Kral Klubu"nun bu transferi reallaşdırmaqda qərarlı olduğu bildirilir.

 

Qeyd edək ki, Avropanın bir çox nəhəng klublarının transfer hədəfində olan olan Qrizmannın dəyəri 100 milyon avro civarında qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti