Dəniz Yılmaz yenə problemlə üzləşdi - Bu dəfə də azarkeşlərlə

11:36 10 Aprel 2017

Millimizin və “Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz Türkiyədə problemlə üzləşib.

 

Sportarena.az xəbər verir ki, futbolçu növbəti dəfə azarkeşlərlə insident yaşayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, son zamanlar “Bursaspor” azarkeşlərinin tənqid hədəfinə çevrilən hücumçu Superliqanın 27-ci turunda “Karabükspor”la matçı məhz azarkeşlərə görə buraxıb.

 

Dənizin əvvəlcə zədəyə görə “Karabükspor”la matçı buraxacağı açıqlansa da, əsl səbəb başqa imiş. Belə ki, oyundan bir gün öncə ailəsi ilə birlikdə restoranda nahar edən hücumçu orda olan bursalıların sərt tənqidiylə üzləşib. Məhz bu hadisədən sonra həvəsdən düşən Yılmaz baş məşqçi Mutlu Topçudan qarşılaşmanın “18-liy”inə salınmamasını xahiş edib.

 

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti