Budaq meydana girdi, "Sportinq" məğlubiyyətdən xilas oldu

12:15 10 Aprel 2017

Portuqaliya Sequndasında 35-ci turun oyunları keçirilib. 

Komanda.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" səfərdə "Santa Klara" ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Nəsirov oyunun 81-ci dəqiqəsində meydana çıxıb. Lissabon təmsilçisi məhz Budaq meydana daxil olduqdan 1 dəqiqə sonra cavab topunu vuraraq, məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, hazırda hesabında 47 xal olan "Sportinq B" 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti