Lənkəran stadionun ot örtüyünün son durumu - FOTOLAR

11:38 12 Aprel 2017

Dünən Azərbaycan kubokunun final matçının yerinin dəyişdirilməsi barədə "Qarabağ" azarkeşlərinin bəyanatını və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin məsələyə münasibəti barədə məlumat vermişdik.

 

Yazıda həmçinin Musayevin "Xəzər Lənkəran" Mərkəzi Stadionun ot örtüyünün heç də yaxşı olmaması barədə söylədiyi fikirlərə qarşı tərəfin - daha dəqiqi, "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun münasibətini də dərc etmişdik. Klub rəsmisi saytımıza açıqlamasında "Sabah (bu gün üçün) "Xəzər Lənkəran" stadionunun şəkilini yayımlayacam. Ramin Musayev də görəcək ki, 6 ildir gələ və ya girə bilmədiyi stadion lənkəranlılar demiş "dəf" kimidir" söyləmişdi.

 

Hüseyn Cəbrayıloğlu sözünün üstündə duraraq "Xəzər Lənkəran" Mərkəzi Stadionun ot örtüyünün durumu əks etdirən fotoları Sportarena.az-a təqdim edib. Fotolardan aydın görünür ki, arenanın ot örtüyü heç də pis vəziyyətdə deyil. PFL kubokun finalını burada keçirmək istəsəydi, oyun gününə qədər qazonu əla vəziyyətə gətirmək mümkün olardı.

 

Stadionun ot örtüyünü son durumunu əks etdirən fotoları təqdim edirik:

 

 

 


Xəbər xətti