"Xəzər Lənkəran"ın prezidentinin ailəsində toy sevinci - Kimlə quda oldu? - FOTOLAR

13:28 12 Aprel 2017

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və “PAL süd”ün rəhbəri, "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun qızının toyu olub.

 

Sportarena.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, toy Türkiyədə - Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.

 

Toyda 500 nəfərin iştirak etdiyi deyilir. Azərbaycanlı və türkiyəli rəsmi şəxslər arasında AKP sədrinin köməkçisi Mehdi Aker də olub. Mərasimdə Murad Boz, Hadisə və başqa məşhur ulduzlar çıxış edib.

 

 

 

 


Xəbər xətti