"Barselona”dan qorxmuruq" - Buffon - AÇIQLAMA

15:35 12 Aprel 2017

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Barselona”nı İtaliyada 3:0 hesabı ilə məğlub edən “Yuventus”un təcrübəli qapıçısı Canluci Buffon maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, italyan qolkiper hələ mərhələ adlamadıqlarını deyib:

 

“3:0 hesabı heç də rahat bir hesab deyil. “Barselona”dan qorxmuruq, amma PSJ ilə oyunlarını nəzərə alsaq, diqqətli olmalıyıq. Öz oyunumuzdan razı qaldıq. Ancaq mərhələni hələ keçmədiyimizin də fəqrindəyik. “Barselona” hələ də dünyanın ən güclü komandasıdı. İstəsələr, hər kuboku qazana bilərlər.


Digər xəbərlər

Xəbər xətti