Beyl sıradan çıxdı

16:51 13 Aprel 2017

"Real"ın baş məşqçisi Zinəddin Zidanın komandanın aparıcı üzvü Qaret Beyli Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Bavariya"ilə qarşılaşmada  əvəzləməsinin səbəbi bəlli olub.
 
 
Sportarena.az xəbər verir ki, mütəxəssis uelsi futbolçu zədələndiyi üçün erkən əvəzlənməyə əl atıb. Matçdan sonra açıqlama verən fransalı çalışdırıcı Beylin zədəsinin ciddi olmaq ehtimalının olduğunu bilidirib. O, qeyd edib ki, tibbi müayinənin nəticəsini gözləyirlər.
 
 
Ancaq ilkin ehtimala görə, futbolçu "Bavariya" ilə cavab matçında və aprelin 23-də La Liqada "Barselona"ya qarşı keçirəcəkləri matçda iştirak etməyəcək.


Xəbər xətti