"Başqa yolumuz yoxdu" - "Kəpəz"in futbolçusu - AÇIQLAMA

12:38 16 Aprel 2017

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”i çətin sınaq gözləyir. “Sarı-göylər” çempionluğa oynayan “Qəbələ” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu oyun öncəsi Gəncə təmsilçisinin qapıçısı Davud Kərimi klubun saytına açıqlama verib:

 

“Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdu. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq.

 

Komandada əhval-ruhiyyə yaxşıdı. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq. Qarşıdakı oyunda da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.


Xəbər xətti