8 ilin klubu Çempionlar Liqasına vəsiqə qazandı

Sportarena.az      16 Aprel 2018, 16:50

8 il əvvəl yaradılan "Leypsiq" klubu tarixi uğur qazanıb.

 

Sportarena.az xəbər verir ki, Almaniya Bundesliqasında mübarizə aparan debütant sona 5 tur qalmış ilk dördlükdəki yerini təmin edib. Bu, hesabat turunda "Frayburq" üzərində 4:0 hesablı qələbədən sonra rəsmiləşib. "Leypsiq" ilk dördlükdə yerini təmin etməklə yanaşı, həm də Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

 

Qeyd edək ki, Bundesliqada ilk üç yerin sahibi birbaşa ÇL-in qrupunda, dördüncü isə təsnifat mərhələsində çıxış etmək hüququ qazanır.

 

Onu da əlavə edək ki, sona 5 tur qalmış "Leypsiq" 61 xalla 2-ci, "Hoffenhaym" (54) 3-cü, Dortmund "Borussiya"sı isə (53)  4-cüdür. "Bavariya" isə 69 xalla liderdir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin