Sportarena.az
19 Avqust 2017

"Ola bilsin, gənc oyunçulara üstünlük verək" - Zaur Svanadze - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Qarabağ”a uduzan (0:3) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az komanda.az saytına istinadən xəbər verir ki, gürcü mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bəzi çətinliklərimiz var idi. Müdafiədə problemlərimiz var idi. Xüsusilə müdafiənin cinahlarında, İlkin Qırtımov və Slavik Alxasovun yoxluğu öz təsirini göstərdi. Yaxşı ki, vaxtından əvvəl 3-cü pilləni təmin etdik. Yoxsa bizim üçün çətin olardı.

 

- Növbəti iki tur “İnter” üçün hansı əhəmiyyət kəsb edəcək?
- Növbəti iki oyunda ola bilsin, gənc oyunçulara üstünlük verək. Oyunçular çox yorulublar. Bizdə həm də, transfer qadağası var. Gənc oyunçulara şans verilməsi həm də bu cəhətdən əhəmiyyət kəsb edir.

 

- Rauf Əliyev əvəzlənərkən, sərt şəkildə etiraz etdi. Bununla bağlı onunla söhbət edəcəksiz?
- Elə də ciddi etiraz etmədi. Hamı oynamaq istəyir. Sadəcə, o, yorulmuşdu, buna görə onu əvəz etdim.

Tarix
16.04.17 [20:43]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

19 Avqust
18 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio