23-cü çempion - "Turan Tovuz"

10:57 17 Aprel 2017

“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb.

 

Sportarena.az xəbər verir ki, 2015-ci ildə yaradılan klub Birinci divizionun çempionu adına yiyələnib. Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər 24-cü turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.

 

İlk uğurunu qazanan 2 yaşlı klub Birinci divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.

 

mövsüm

Çempion

1992

Nicat (Maştağa)

1993

Xəzri (Buzovna)

1993/94

Zabrat (Bakı) və Azneftyağ (Bakı)

1994/95

Şəmkir

1995/96

Sumqayıt

1996/97

Çinar (Göyçay)

1999/2000

Şahdağ (Quba)

2000/01

OİK (Bakı)

2001/02

Lokomotiv (İmişli)

2003/04

Gənclərbirliyi (Sumqayit)

2004/05

AMMK (Bakı)

2005/06

Gilan (Xanlar)

2006/07

Masallı

2007/08

Bakılı

2008/09

ABN-Bərdə

2009/10

Gəncə

2010/11

Abşeron (Bakı)

2011/12

Qaradağ Lökbatan

2012/13

Ağsu

2013/14

Araz-Naxçıvan

2014/15

Neftçala

2015/16

Neftçala

2016/17

Turan Tovuz

 

Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.


Xəbər xətti