MY iki futbolçuya görə "Atletiko"nun "qapısını döyür" - 135 milyon avro

13:35 17 Aprel 2017

"Mançester Yunayted" "Atletiko"nun iki ulduzunu heyətinə qatmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-şeytanlar" Antoine Qrizmann və Yan Oblak üçün Madrid klubuna təklif göndərməyə hazırlaşır. İngiltərə mətbuatı iddia edir ki, Mançester təmsilçisi Joze Mourinyonun istəyi ilə Qrizmann üçün 90 təklif edəcək.

 

David de Xeanın "Real"a keçəcəyi gözlənildiyindən ingilislər Oblakı transfer etmək istəyir. Qolpiper üçün "Atletiko"ya 45 milyon avro təklif olunacağı deyilir.


Xəbər xətti