"Barselona"da ciddi itki - "Yuventus"la matçı buraxa bilər

17:04 17 Aprel 2017

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab matçına ciddi itki ilə çıxa bilər.

 

Sportarena.az xəbər verir ki, komandanın zədəli olan aparıcı üzvü Xavyer Maskerano bu vacib görüşü buraxa bilər. Turindəki ilk görüşdə xəsarət alan argentinalı yarımmüdafiəçi hələ ki, komanda ilə məşq etmir.


Qeyd edək ki, aprelin 19-da “Nou Kamp”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Xəbər xətti