"Boavişta" Emin Mahmudova da qapını göstərir?

14:40 18 Aprel 2017

"Boavişta" Kamran Ağayevdən sonra milli komandamızın digər üzvü Emin Mahmudovla da yollarını ayırmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin performansı Porto təmsilçisinin baş məşqçisi Migel Lealı qane etmir. Bu səbəbdən də azərbaycanlı futbolçu ilə yolların ayrılacağı gözlənilir. Portuqaliyalı mütəxəssis "Boavişta"da növbəti mövsüm üçün yeni kollektiv formalaşdırmaq istəyir. Millimizin üzvü isə onun planlarına daxil deyil.

 

Qeyd edək ki, Emin Mahmudov "Boavişta"ya mövsümün əvvəlində Rusiyanın "Krılya Sovetov" klubundan transfer olunub. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurmağı bacarıb.


Xəbər xətti