"Bavariya"ya daha bir şok - Əsas heyət üzvünün ayağı qırıldı

13:01 19 Aprel 2017

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununun əlavə vaxtında “Real”a uduzaraq (2:4) mübarizəni dayandıran “Bavariya” daha bir zərbə alıb.

 

Sportarena.az xəbər verir ki, klubdan edilən açıqlamada oyun zamanı zədələnən qolkiper Manuel Noyerin ayağında qırıq aşkarlandığı qeyd edilib. Kriştiano Ronaldonun 3-cü qolu zamanı zədələnən 31 yaşlı qolkiperin Münhenə qayıtdıqdan sonra müayinə ediləcəyi, bundan sonra müalicəsinin hansı istiqamətdə olacağının müəyyənləşdiriləcəyi vurğulanıb.

Almaniya millisinin də üzvü olan qolkiperin böyük ehtimalla, mövsümü başa vuracağı qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti