"Yuventus" və "Monako" 1/2 finalda - YENİLƏNİB

10:04 20 Aprel 2017

Bu gün baş tutacaq oyunlar Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı İspaniyada keçiriləcək. lk oyunda Turində “Yuventus”a böyük hesabla uduzan (0:3) “Barselona” “Nou Kamp”da bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Digər oyunda isə “Monako” “Borussiya”nı qəbul edəcək, Dortmundda baş tutmuş ilk oyunda 3:2 hesabıyla qalib gələn “knyazlıq klubu”na bu üstünlüyü qorumaq heç də asan başa gəlməyəcək.

 

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

19 aprel

22:45 Barselona - Yuventus 0:0 (İlk oyun 0:3)

22:45 Monako - Borussiya D 3:1 (İlk oyun 3:2)


Digər xəbərlər

Xəbər xətti