"Turan Tovuz"a sponsor tapıldı?

Sportarena.az      19 Aprel 2018, 13:57

Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edən “Turan Tovuz” sponsor axtarışına çıxıb.

 

Sportarena.az xəbər verir ki, bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər. Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Turan Tovuz” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir. Amma, deyəsən, işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər. 

 

Bildirilir ki, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib. 

 

Qeyd edək ki, İlham Rəhimov Tovuzda dünyaya göz açıb. O, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşıdı. (lent.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin