"Qəbələ" - "İnter" matçının yeri dəyişdirildi

16:48 21 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq. Məlumatı PFL yayıb.

 

Bildiyiniz kimi, “Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadılar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.

Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan “Qarabağ” klubuna da çempionluq kuboku və qızıl medallar 27-ci turda veriləcək. Belə ki, “Qarabağ” mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.


Digər xəbərlər

Xəbər xətti