"Zaqatala" baş məşqçisini göndərdi

15:58 22 Aprel 2017

Azərbaycanın futbol üzrə 1-ci divizionunda mübarizə aparan "Zaqatala" klubu baş məşqçisi Şaban Şirdanovla yollarını ayırıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun idman direrktoru Bəxtiyar Musayev verib. Musayev bildirib ki, Şirdanovun istefaya göndərilməsinə komandanın uğursuz çıxışı səbəb olub. Klub rəsmisi yeni baş məşqçinin kimliyi ilə bağlı hələlik müzakirə aparmadıqlarını əlavə edib. (futbol11.az)

 

"Zaqatala" çempionatın sonuna bir tur qalmış turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti