Elnur Cəfərovun komandası qalib gəldi

17:29 23 Aprel 2017

Futbol üzrə Xorvatiya ikinci liqasında 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Zaqreb"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 44 xalla 12 klub arasında 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti