Messi 500-ə çatdı

10:18 24 Aprel 2017

İspaniya La Liqasının 32-ci turunda “Real”la qarşılaşma (2:3) “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.
 

Sportarena.az xəbər verir ki, görüşdə dubl edən argentinalı hücumçu Kataloniya klubundakı qol sayını 500-ə çatdırıb.

 

Qeyd edək ki, Messi  La Liqada 343, Çempionlar Liqasında 94, İspaniya kubokunda 43, İspaniya super kubokunda 12, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda isə 3 dəfə fərqlənib. O, bu qolları 577 oyuna vurub.


Digər xəbərlər

Xəbər xətti