Qriqorçuk "Qəbələ"dən gedir? - "Perspektiv görmək istəyirəm" - MÜSAHİBƏ

20:12 24 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ" "İnter"i 4:3 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Roman Qriqorçuk öncə matçla bağlı fikirlərini bölüşüb:

 

Mövsüm ərzində çox xal itirdik. Bu, çempion olmamağımızın səbəblərindəndi. Hər bir oyunda onlarla qol imkanları yaratsaq da, bunlardan yararlana bilmədik. Başqa səbəblər də var. Onları saysam, vaxtımız çox itəcək.

 

- Mövsümü titulla baş vurmaq üçün son şansınız ölkə kubokudu. Komandanız “Qarabağ”dan çempionatın revanşını almaqla bərabər, kuboku qazana biləcəkmi?

- Kubok oyunları fərqli olur. Belə matçlarda favorit olmur. Şansımız var. Kuboku qazanmaq üçün mübarizə aparacağıq. Kuboku qazansaq, “Qəbələ” üçün böyük nəticə olacaq.

 

- Yəqin istəyərdiniz ki, hamı bu matçdakı kimi sizə qarşı açıq futbol oynasın. Qapalı oynayan rəqibə 1:0 hesablı qələbə yaxşıdı, yoxsa 4:3 hesablı?

- “Qəbələ” üçün mövsüm yaxşı keçdi. Avrokuboklarda uğurlu çıxış etdik, çempionatda yaxşı oyunlar göstərdik. Çox yaxşı futbol sərgiləyirik. Bizim yaxşı səviyyədə keçirdiyimizin matçların sayı çox oldu. Bəzi görüşlərdə qol imkanlarından yararlana bilmədik. Bu gün qələbə qazansaq da, çox səhvə yol verdik.

 

- Çempionluğu hansı oyunda itirdiniz?

- Konkret hansısa oyunu demək olmaz. Bütün oyunlarımızı təhlil edirik. Qalib gəlməli bir çox oyunda xallar itirdik. Başqa komandalarla da çempion ola bilmişəm. Amma həmin komandalarda "Qəbələ" qədər qol imkanı yarada bilmirdik. Çempion olmaq üçün həmişə qalib gəlməyə borclusan.

 

- "Qəbələ"nin bir sıra ilkləri sizin adınızıla bağlıdı. Burdakı taleyiniz kubok matçından asılıdı? Həmin oyundan sonra buradakı karyeranızla bağlı qərar verəcəksiz?

- İnkişaf lazımdı, perspektiv görmək istəyirəm. Bu gün stadiondakı səssizliyi seyr etdim. Futbol matçına bənzəmirdi. Azarkeşlərə gəldiklərinə görə təşəkkür edirəm. Biz onlar üçün oynayırıq. Amma bunu başa düşmürəm. Klub rəhbərliyinin perspektivini, planlarını gördükdən sonra bir qərar verəcəm.


Digər xəbərlər

Xəbər xətti