"İnter" futbolçuları bazaya "həbs etdi"

12:52 25 Aprel 2017

Milan “İnter”inin rəhbərliyi radikal qərarla diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, klubun saytında yer alan açıqlamada komandaya aprelin 25-dən 30-na kimi bazadan kənara çıxmaq qadağan olunduğu qeyd edilib. Buna səbəb isə “neradzurra”nın ardıcıl 5 oyunda qələbəyə həsrət qalmasıdı. Geridə qalan 5 matçda 2 heç-heçə edən milanlılar 3 dəfə də məğlubiyyətlə barışmalı olublar.

 

Klub rəhbərliyi futbolçuların A seriyasının qalan oyunlarına daha yaxşı köklənməsi üçün belə qərar verib. Rəhbərlik komandanın çempionatında qalan oyunlarında yaxşı çıxış etməsi və avrokuboklara vəsiqə qazanmasını qarşıya məqsəd qoyub. Açıqlamada həmçinin son vaxtlar mətbuatda Stefano Piolinin istefaya göndəriləcəyi barədə xəbərlərin yalan olduğu, rəhbərliyin baş məşqçinin yanında olduğu qeyd edilib. 

 

Qeyd edək ki, “İnter” aprelin 30-da “Napoli” ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti