Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 27-ci turunun “Zirə” - “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Eyni zamanda, oyunun 68 - ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.