Yığmamızın heyəti açıqlandı

14:49 27 Aprel 2017

Mayın 2-dən 7-dək Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, çempionatda sərbəst, yunan-roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. Yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq.

 

Sərbəst güləş üzrə yığmamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. İtaliya yığmasının üzvü, Rio olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.

 

Bu gün keçirilən məşqdən sonra yığmanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib.

 

Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti