Melo yenə dava saldı - VİDEO

18:10 27 Aprel 2017

“Palmeyras”ın ulduz futbolçusu Felipe Melo diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o,  Libertadores Kubokunun qrup mərhələsində komandasının “Penyarol”la matçında (2:3) qalmaqala səbəb olub. Melo rəqib futbolçularla dalaşıb. "Qalatasaray"ın sabiq futbolçusu matçın sonlarında baş verən qarşıdurmada rəqibinə yumurq vurub. Təhlükəsizlik işçiləri aranı sakitləşdirsələr də, daha sonra paltardəyişmə otağına qaçan Melo davanı orada da davam etdirib.

 

Qeyd edək ki, Melo karyerası ərzində dəfələrlə qalmaqallarla və davaları ilə diqqət mərkəzinə düşüb.

 

 


Digər xəbərlər

Xəbər xətti