Nazarov qol vurdu, komandası 3 pillə irəlilədi

17:51 30 Aprel 2017

Almaniyanın İkinci Bundesliqasında 31-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki. millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" "Vürzberger"in qəbul edib. Nazarovun komandası 3:1 hesablı qələbəyə sevinib. Son zamanlar vurduğu qollarla özündən söz etdirən futbolçumuz bu dəfə ənənəsinə sadiq qalıb. O, matçın 10-cu dəqiqəsində penaltidən komandasının ikinci qolunu vurub.

 

Dmitri "Vürzberger"lə oyunu əvəzolunmadan keçirib.

 

Qeyd edək ki, bu qələbədən sonra xalını 36-a çatdıran "Aue" 3 pillə irəliləyərək 13-cü sıraya yüksəlib. Futbolçumuzun komandası növbəti turda lider "Ştutqart"ın qonağı olacaq.


Xəbər xətti