"Sumqayıt"da üçüncü müqavilə

15:19 1 May 2017

"Sumqayıt" klubu Vurğun Hüseynov və Rail Məlikovun ardından Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 


Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu daha 1 il "Sumqayıt"da çıxış edəcək.
 

Qeyd edək ki, Bəxtiyar 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi  ümumilikdə 117 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti