Dəniz Yılmazın yeni baş məşqçisi kim oldu?

10:57 3 May 2017

Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor”un yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, “timsahlar”ın “sükanı” klubun gənclər və inkişaf şöbəsinə cavabdeh şəxs Adnan Örnekə həvalə olunub. Bu barədə məlumatı klubun saytı yayıb. Xəbərdə klubun “sükanı”nın mövsümün sonuna kimi Örnekə həvalə edildiyi qeyd edilib. 

 

Türkiyə Super Liqasının 29-cu turunda evdə “Qalatasaray”a 0:5 hesabıyla məğlub olan “Bursaspor”un baş məşqçisi Mutlu Topçu istefa vermişdi.


Digər xəbərlər

Xəbər xətti