Prosineçki "Sevilya"nın hədəfində

11:37 3 May 2017

Türkiyə mətbuatı deyəsən, millimizin baş məşqçisi Robert Prosineçkidən əl çəkmər istəmir.

 

Sportarena.az xəbər verir ki, Türkiyə mətbuatında xorvat mütəxəssisin adı bu dəfə İspaniyanın “Sevilya” klubu ilə hallanıb. Son olaraq adı Türkiyənin “Bursaspor” klubu ilə hallanan Prosineçki “Sevilya”nın “sükanı arxasına” keçə bilər. Bunu türkiyəli həmkarlarımız iddia edib. Əndəlusiya təmsilçisinin baş məşqçisi Xorxe Sampaoli mövsüm başa çatdıqdan sonra Argentina millisinin “sükanı arxasına” keçəcək. İspanlar boş qalan posta Prosineçkini gətirmək istəyir.
 

“Sevilya”nın Prosineçki ilə maraqlanması “Bursaspor”un 48 yaşlı mütəxəssislə görüşünü ləngidib.
 

Xatırladaq ki, bir müddət əvvəl Prosineçkinin adı “Valensiya” ilə də hallanırdı.


Digər xəbərlər

Xəbər xətti