Amit Quluzadə AEL-dən ayrıldı

15:54 4 May 2017

Azərbaycan millisinin üzvü Amit Quluzadə qış transfer pəncərəsində müqavilə imzaladığı Yunanıstanın AEL klubundan ayırılıb.

 

Sportarena.az xəbər verir ki, yanvarda Larissa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayan futbolçu bu gün sözləşməsinə xitam verib. 24 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusu daşıyır.


Qeyd edək ki, Amit Quluzadə AEL-in heyətində 4 oyun keçirmişdi.


Digər xəbərlər

Xəbər xətti