FİFA Messinin cəzasını ləğv etdi

15:54 6 May 2017

FİFA Apelyasiya Komitəsi Argentina millisinin hücumçusu Lionel Messi barəsində çıxarılan 4 oyunluq cəzanı ləğv edib.

 

Sportarena.az xəbər verir ki, bu haqda dünyanın ali futbol qurumunun saytı məlumat yayıb. Bildirilir ki, Messinin hakimi söyməsi ilə bağlı lazımi sübutlar olmadığından qərarın ləğvinə qərar verilib.

 

Qeyd edək ki, bundan öncə FİFA İntizam Komitəsi Messinin DÇ-2018-in Çiliyə qarşı keçirilən oyununda yan xətt hakimi söydüyünü əsas gətirərək futbolçuya 4 oyunluq cəza və 10 min İsveçrə frankı məbləğində cərimə tətbiq etmişdi.


Xəbər xətti