Ziya oynadı, komandası qalib gəldi

18:16 6 May 2017

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 38-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Dordrext"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Den Boş" 38 turdan sonra 45 xalla 20 komanda arasında 14-cüdü.


Digər xəbərlər

Xəbər xətti