Vüqar əvvəl qol vurdu, sonra zədələndi

13:15 7 May 2017

Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası olan "Olayne" doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1. Matça start heyətdə başlayan Vüqar 32-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Amma elə həmin dəqiqədə zədələn Əsgərov əvəzlənib.

 

Qeyd edək ki, "Olayne" 4 turdan sonra 9 xalla 14 komanda arasında 4-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti