Nazarov oynadı, "Aue" uduzdu

18:23 7 May 2017

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası “Ertsqebirge Aue” Almaniya ikinci bundesliqasında 32-ci turun oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, lider “Ştutqart”ın qonağı olan futbolçumuzun komandası 0:3 hesabı ilə uduzub. Nazarov əsas heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

 

32 turdan sonra  “Aue” 36 xalla 18 komanda arasında 15-ci yeri tutur və ikinci liqanı tərk etmək üçün təhlükəli zonadadır.


Digər xəbərlər

Xəbər xətti