Mbappedən transfer açıqlaması

Sportarena.az      8 May 2018, 23:30

“Monako”nun futbolçusu Kilian Mbappe komandadakı gələcəyi haqda açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Fransa mətbuatına danışan 18 yaşlı hücumçu hazırda “Monako” ilə çempion olmağı düşündüyünü söyləyib. Əlavə edib ki, gələcək karyerası haqda qərar vermək üçün qarşıda zamanı var:

 

“Komandamızla ortaq bir hədəfimiz mövcuddur. Bu mövsüm çempion olmaq istəyirik. Məni bu səviyyəyə çatdıran klubla çempionluq yaşamaq istəyirəm. O zamana qədər hər hansı bir şey məni narahat edə bilməyəcək. Gələcəyimlə bağlı qərar vermək üçün qarşımda 2 ay yarım vaxtım var. Buna görə də transfer söhbətləri mənə təsir etməyəcək”.

 

Qeyd edək ki, Mbappe bu mövsüm ümumilikdə 40 oyuna 24 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin